RU

“TikTok” paylaşımlarına görə gənc qadın edam edildi

TikTok hesablnda Malinin Tonka şəhərindəki həyat barədə videolar paylaşan gənc qadın oğurlanaraq edam edilib.

 

Bu barədə South China Morning Post (SCMP) nəşri məlumat yayıb.

 

Məlumata görə, Mariam Sisse adlı qadın cihadçılar tərəfindən qətlə yetirilib. Onlar onu ordu ilə əməkdaşlıqda ittiham ediblər.

 

Qızın qardaşının sözlərinə görə, Mariamı İstiqlal meydanında güllələyiblər. Həmin anda o, hadisəni izləyən izdihamın içərisində olub.

 

Sissenin TikTok sosial şəbəkəsində 90 mindən çox izləyicisi var idi.

 

APA

Tarix: 10 Noyabr 2025, 09:42   
Избранный
12
9
pravda.az

10Источники