RU

Formula 1 Braziliya Qran-Prisinin qalibi məlum oldu

"McLaren" komandasının britaniyalı pilotu Lando Norris Formula 1 Dünya Çempionatının 21-ci mərhələsi olan Braziliya Qran-Prisində birinciliyi qazanıb.

Milli.Az xəbər verir ki, yarış San-Pauluda yerləşən "İnterlaqos" avtodromunda baş tutub.

İkinci pilləyə "Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli, üçüncü yerə isə pit-leyndən yarışa başlayan "Red Bull" sürücüsü Maks Ferstappen yüksəlib.

Bu qələbə ilə Norris ümumi sıralamada 390 xalla liderliyini daha da möhkəmləndirib. Onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri 366 xalla ikinci, Ferstappen isə 341 xalla üçüncü yerdə qərarlaşıb.

Formula 1-in növbəti mərhələsi noyabrın 21-dən 23-dək Las Veqasdakı trasda keçiriləcək.

Tural
Milli.Az

Избранный
47
9
milli.az

10Источники