RU

İndi alınan avtomobil 2026-ci ildə ölkəyə gələrsə, aksiz dərəcələri necə HESABLANACAQ? – VİDEO

Avtomobillərin ölkəyə idxalı zamanı yeni aksiz dərəcələri ilə bağlı təkliflər Vergi Məcəlləsinə dəyişiklik layihəsində öz əksini tapıb.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, dəyişiklik qüvvəyə mindikdən sonra 7 ildən çox istehsal tarixi olan avtomobillərə tətbiq ediləcək vergi yükü ciddi şəkildə artacaq.

Məsələn, bu gün 2 min kubsantimetr mühərrikli benzin avtomobili üçün tətbiq edilən aksiz dərəcəsi yanvardan etibarən 1,5 əmsalla hesablanacaq. Dizel mühərrikli avtomobillərdə isə bu göstərici ikiqat artırılacaq.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, məsələ yalnız yeni qanunun məzmunu ilə bitmir, onun tətbiq vaxtı da mühümdür. 
 

Onun sözlərinə görə, həm fərdi şəxslər, həm də biznes mühiti üçün ortamüddətli və qısamüddətli dövr proqnozlaşdırılan olmalıdır. Başqa sözlə, aidiyyəti qurumlar bu cür qanun layihələri təklif edən zaman adaptasiya dövrü olaraq biznes və vətəndaş üçün müəyyən dövr tanınmalıdır. Xüsusilə bu dəyişikliklər xərclərin artımı istiqamətindədirsə...


Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Bizim.Media

Избранный
42
7
bizim.media

8Источники