RU

Türkiyədə ardıcıl zəlzələlər baş verib

Ajans.az Haber Global-a istinadən xəbər verir ki, 10 noyabr gecəsi Sındırıq rayonunda 4,5 bal gücündə zəlzələ baş verib, səhər saatlarında isə eyni gücdə daha bir təkan hiss olunub. Hər iki zəlzələnin episentri Sındırıq rayonu olub. Əsas təkanlardan sonra bölgədə 3,9, 3,6 və 3,4 bal gücündə afterşoklar qeydə alınıb. Yeraltı təkanlar Balıkesir şəhər mərkəzində, Bursa və yaxınlıqdakı digər əyalətlərdə də hiss edilib. Yerli hakimiyyət orqanları bölgə sakinlərini ehtiyatlı olmağa və rəsmi xəbərdarlıqları izləməyə çağırıb. İlkin məlumatlara görə, tələfat və dağıntı qeydə alınmayıb. Xatırladaq ki, 27 oktyabrda eyni bölgədə 6,1 bal gücündə güclü zəlzələ baş vermişdi. Həmin hadisədən sonra Balıkesirdə bir neçə dəfə zəif təkanlar müşahidə olunub.

 

Избранный
34
Ajans.az

1Источники