
Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib.
Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri Kaosyunq limanından 72,1 km şimal-şərqdə, ocağı isə 7,8 km dərinlikdə yerləşib.
Zəlzələ yerli vaxtla saat 13:00-da baş verib.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.