ABŞ hakimiyyəti Boliviya ilə diplomatik münasibətləri səfir səviyyəsində bərpa etməyə hazırlaşır.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Kristofer Landau açıqlama verib.
“Biz münasibətləri səfir səviyyəsində bərpa edəcəyik. Bu, həmişə belə olmalı idi. Bu addımı çox vacib hesab edirəm və ümid edirəm ki, tezliklə səfirlərin təyin edilməsi mümkün olacaq”, – deyə Landau bildirib.
Qeyd edək ki, bu qərar iki ölkə arasında 2008-ci ildə kəsilmiş diplomatik əlaqələrin yenidən qurulması istiqamətində mühüm addım hesab olunur.
"Cebheinfo.az"