Nyu York Ticarət Birjasının bölməsi olan “Comex”də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 050 dolları keçib.
Bakı vaxtı ilə 05:22-yə olan məlumata görə, qiymətli metalın qiyməti bir troya unsiyası üçün $4 054,30 (+1.16) təşkil edib. Bakı vaxtı ilə 05:28-ə olan vəziyyətə görə, qızılın qiyməti hər unsiya üçün $4 060-a qədər artıb (+1.3%)./Report