RU

"Zirə" 400-cü oyununa çıxdl

“Zirə” bütün turnirlər nəzərə alınmaqla tarixinin 400-cü oyununu keçirib.

"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli premyer-liqasının 11-ci turunun “Turan Tovuz”la ev matçına (0:0) təsadüf edib.

Əsası 2014-cü ildə qoyulan Bakı təmsilçisi indiyədək premyer-liqada 315, ölkə kubokunda 39, birinci dəstədə 30, avrokuboklarda 16 oyun keçirib. Zirəlilər 178 qələbə qazanıb, 111 heç-heçə edib və 111 məğlubiyyət alıb. Topların fərqi 508-402-di.

Qeyd edək ki, “Zirə” ilk oyununu 2014-cü il sentyabrın 7-də birinci dəstədə MOİK-ə qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb.

Избранный
13
15
football-plus.az

10Источники