RU

Böyük Britaniya Belçikaya pilotsuz uçuş aparatlarına qarşı komanda göndərib

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Böyük Britaniya Belçikanın hava məkanında müşahidə olunan şübhəli pilotsuz uçuş aparatları (PUA) təhlükəsi ilə mübarizə aparmaq məqsədilə bu ölkəyə hərbi qulluqçular və xüsusi avadanlıqlar göndərib.

APA xəbər verir ki, bu barədə “Belga” Britaniyanın müdafiə naziri Riçard Naytona istinadən məlumat verib.

Nayton bildirib ki, Belçikanın müdafiə naziri həftənin əvvəlində yardım üçün müraciət edib və Britaniya hərbçiləri ilə avadanlıqları artıq yoldadır. Belçika təhlükəsizlik orqanları bu PUA fəaliyyətinin arxasında Rusiyanın dayana biləcəyini istisna etmir. Nayton bu ehtimalı “inandırıcı” adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
2
apa.az

3Источники