RU

Zelenski: “Britaniya kralı böyük rol oynayıb”

AzVision.az xəbər verir ki, Volodimir Zelenski Böyük Britaniyanın “The Gardian” nəşrinə müsahibəsində belə deyib. Onun sözlərinə görə, Böyük Britaniyanın monarxı Ukraynaya “çox loyal” münasibət sərgiləyir.

III Çarlzın pərdəarxası mühüm mühüm rol oynadığını vurğulayan Zelenski, onun ABŞ prezidenti Donald Trampı fevralda Oval kabinetdə qızğın görüşdən sonra Kievə dəstəyini artırmağa təşviq etdiyini bildirib. Sentyabrda Böyük Britaniyaya dövlət səfəri zamanı Tramp kralla görüşüb.

“Mən bütün təfərrüatları bilmirəm, amma belə başa düşdüm kimi, Əlahəzrət prezident Trampa bir neçə mühüm siqnal göndərib”,- Zelenski deyib.

Ukrayna lideri bildirib Donald Tramp kral III Çarlza hörmət edir və onu“çox vacib” şəxs sayır.Onun fikrincə, bu, “çox insana” qarşı edilməyən səmimi iltifatdır.

- Əlahəzrətiz özü bizim xalqımıza qarşı çox həssasdır. Bəlkə də “həssas” anlayışı o qədər də düzgün söz deyil. Amma o, bizi çox dəstəkləyir”,- Ukrayna lideri bildirib.

Zelenskinin iddiasına görə, digər Qərb liderlərindən fərqli olaraq, o, Donald Trampdan“qorxmur”və Vaşinqtondakı son görüşünün gərgin keçdiyi barədə xəbərləri təkzib edərək, Amerika lideri ilə yaxşı münasibətinin olduğunu vurğulayıb.

Zelenski oktyabr ayında Amerikanın “Tomaqavk” qanadlı raketlərinin alınması ümidi ilə Vaşinqtona səfəri zamanı Ağ Evdə qızğın fikir mübadiləsində Trampın döyüş meydanının xəritəsini atması barədəmediada yayımlanan xəbərləri də təkzib edib.

“O, heç nəyi atmayıb. Mən buna əminəm. Bizim münasibətlərimiz normal, işgüzar və konstruktivdir”, - Ukrayna prezidenti vurğulayıb.

Onun sözlərinə görə, “dünyada hamı” Trampdan qorxur. Bunun şəxsən ona aid olub-olmaması ilə bağlı suala Zülünski“Xeyr... biz Amerikanın düşməni deyilik. Biz dostuq. Belədə niyə qorxmalıyıq?” cavabını verib.

Sahil İsgəndərov
AzVision.az
Избранный
42
azvision.az

1Источники