RU

Zaqatalada qohumunun əmlakını yandıran şəxs saxlanıldı

Zaqatala rayonu, Bəhmətli kəndində qohumunun əmlakını yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində Araz Ərşadoğlunun əmlakını yandırmaqda şübhəli sayılan İlham Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin araşdırmaya görə, hadisənin baş verməsinə torpaq mübahisəsi səbəb olub.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Избранный
33
5
konkret.az

10Источники