RU

Nazir bu ərazilərin Rusiyaya aid olduğunu elan etdi

Yaponiyada Okinava və Şimal Əraziləri üzrə dövlət naziri Xitosi Kikavada ilə bağlı qalmaqal yaşanır. Onun Okinava və Şimal əraziləri (Kuril adaları) ilə bağlı açıqlamaları adaların Rusiyaya aid olması kimi şərh edilib.

Publika.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilib ki, nazir Hokkaydo prefekturasında olarkən Nemuro şəhərindəki Nosappu bölgəsində olub. O, Kuril adalarında araşdırma apararkən “Bura yəqin ki, xarici ölkəyə ən yaxın yerdir” deyib.

Kikavadanın sözləri, Şimal əraziləri adlanan ərazinin Rusiyaya aid olduğunu nəzərdə tutduğu üçün kəskin tənqidlərə səbəb olub. Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kixara cavab olaraq nazirə töhmət verdiyini və onu daha məsuliyyətli olmağa çağırdığını bildirib.

Eyni zamanda, Kixara Yaponiya hökumətinin bu əraziləri özünün “ata-baba yurdu” hesab etdiyini bir daha vurğulayıb. Daha sonra Kuril adalarının keçmiş sakinləri qarşısında çıxış edən nazir Kikavada bəyanatına görə üzr istəyib və gələcəkdə öz ifadələrində daha diqqətli olacağına söz verib.

Избранный
33
2
publika.az

3Источники