RU

“Ermənistanı ipə bağlı saxlayırdılar” Paşinyan keçmiş prezidentləri və Rusiyanı ittiham etdi

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son günlər Ermənistanda yenə Qarabağ və 44 günlük müharibə mövzusu aktuallaşıb. “AzPolitika” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezidentlər Robert Koçaryanla Serj Sarqsyanın Qarabağ müharibəsi və Azərbaycanla sülh barədə son açıqlamalarına cavab verib.

Paşinyanın sözlərinə görə, əvvəlki liderlər, eləcə də onların arxasında duran qüvvələr(Rusiyanı nəzərdə tutur-red.) Ermənistanı "xalq hüquqları" və "tarixi ədalət" şüarları arxasında gizlənərək "ipə bağlı" şəkildə saxlayırdılar.

Pşainyan qeyd edib ki, müharibədən əvvəl edilən bütün danışıqlar və təkliflər münaqişənin həllini tapmaq üçün deyil, "ipi qısaltmaq", yəni respublika üzərində xarici nəzarəti gücləndirmək məqsədi daşıyırdı.

Paşinyan bu siyasətin əsas məqsədinin Ermənistan dövlətçiliyinin məhv edilməsi olduğunu vurğulayıb. Baş nazir həmçinin bunu təsdiqləyən danışıqlar sənədlərinin ilin sonuna qədər dərc olunacağını bildirib və Köçəryanla Sarkisyanı ölkəni "KQB ssenarisinə" qaytarmağa cəhd etməkdə günahlandırıb - "hansı ki, əvvəldən "Lenin, partiya, Qorbaçov" şüarı altında yazılıb həyata keçirilib".

Paşinyan deyib ki, bu ssenarinin uğrsuzluğu öncədən məlum idi: "Gözlənilən nəticə idi – sıfır!".

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
81
azpolitika.info

1Источники