Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Hökumətin fəaliyyətinin qismən dayandırılması (şatdaun) səbəbindən aviadispetçer çatışmazlığı fonunda 9 noyabrda ABŞ-də 2 700-də çox aviareys ləğv edilib, 10 000-dən çoxu isə gecikib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, 9 noyabrda baş verən ləğv və gecikmələrin sayı şatdaun başladıqdan bəri rekord səviyyəyə çatıb. Ən çox zərər çəkən aviaşirkət "Delta Air Lines" olub - onun uçuşlarının 52%-i ya ləğv edilib, ya da gecikmə ilə həyata keçirilib.
Bundan əvvəl 2 183 reysin ləğv edildiyi və 7 000 reysin gecikdiyi bildirilmişdi.
***
Hökumətin fəaliyyətinin qismən dayandırılması (şatdaun) səbəbindən aviadispetçer çatışmazlığı fonunda 9 noyabrda ABŞ-də 2 mindən çox aviareys ləğv edilib.
Avtosfer.azxəbər verir ki, bu barədə ixtisaslaşmış "FlightAware" portalı məlumat yayıb.
Məlumata görə, 9 noyabrda 2 183 reys ləğv olunub, daha 7 mindən çox reys gecikib. 8 noyabrda isə aviaşirkətlər 1 500-dən çox reysi ləğv etməyə məcbur qalıblar.
Şatdaunla əlaqədar ABŞ administrasiyası ölkənin bir sıra iri hava limanlarında reyslərin həcmlərinə məhdudiyyətlər tətbiq edib. Oktyabrın sonunda nəqliyyat naziri və NASA-nın müvəqqəti direktoru Şon Daffi xəbərdarlıq edib ki, ABŞ vətəndaşları dispetçer çatışmazlığı səbəbindən aviareyslərin gecikməsi ilə bağlı zəncirvari reaksiyalarla üzləşə bilərlər. Onun sözlərinə görə, hər keçən gün daha çox dispetçer ABŞ Federal Mülki Aviasiya İdarəsində ödənişsiz işləmək əvəzinə əlavə iş axtarmağa məcbur qalır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.