RU

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci açıqlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 88,569 milyon ABŞ dolları dəyərində polad idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 % çoxdur.

Oktyabrda Türkiyə Azərbaycana 14,135 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 25,5 % çoxdur.

Türkiyənin 10 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 2,1 % artaraq 13 milyard 735 milyon ABŞ dolları, oktyabrda isə 3,2 % artaraq 1 milyard 294 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox bu məhsul idxalını Rumıniya 1 milyard 144,607 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 4,1 % çox), İtaliya 948 milyon ABŞ dolları (+3,3 %) və Almaniya 641 milyon ABŞ dolları (+7,4 %) dəyərində həyata keçirib.

"Cebheinfo.az" 

Избранный
16
1
cebheinfo.az

2Источники