RU

Tayvanda 5,3 bal gücündə zəlzələ qeydə alınıb

Ajans.az xəbər verir ki,bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb. Zəlzələnin episentri Kaohsiung liman şəhərindən təxminən 72,1 kilometr şimal-şərqdə, 7,8 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar yerli vaxtla saat 13:00-da qeydə alınıb. Agentliyin məlumatına görə, tələfat və dağıntı barədə məlumat yoxdur. Bu, son aylarda Tayvanda baş verən bir neçə zəlzələdən növbətisidir. İyun ayının 12-də adanın şərqində 6,2 bal gücündə, oktyabrın 8-də və 18-də isə müvafiq olaraq 5,0 və 5,3 bal gücündə zəlzələlər qeydə alınıb. Oktyabrın 31-də isə Hualien dairəsində 5 bal gücündə yeraltı təkanlar baş vermişdi.

 

Избранный
22
Ajans.az

1Источники