RU

Gəncədə bıçaqlanan 16 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb - YENİLƏNİB-1

Gəncədə bıçaqlanan 16 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dünən saat 19:50 radələrində 2009-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sağ ayağın kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan şəxs ambulator müalicə üçün evə buraxılıb.

***

08:41

Gəncə şəhərində 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən A. Abbaszadə tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.



***
20:04

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Məlumata əsasən, şəhər sakini, 2009-cu il təvəllüdlü E. Əliyev ayaq nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib, yarası tikilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumata görə, yeniyetmə dostu tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Избранный
18
1
apa.az

10Источники