RU

Azərbaycan taekvondoçuları Avropa birinciliyində 15 medalla fərqləniblər - FOTO

Azərbaycanın kiçik yeniyetmə taekvondoçuları Yunanıstanın paytaxtı Afinadakı Avropa birinciliyində 15 medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Bildirilib ki, onlardan beşi qızıl, beşi gümüş, beşi bürünc əyarlıdır.

Əhməd Mürvətov (27 kq), Əsma Abdullazadə (27 kq), Fidan Qafarova (30 kq), Rizvan Abdullayev (30 kq), Cahid İsmayılzadə (52 kq) qızıl, Ayşən Abuzərova (27 kq), Ümid Şahbazov (36 kq), Sübhan Rzayev (40 kq), Fateh Sultanlı (44 kq), Hüseyn İsmayılov (52 kq, “Atlet” TK) gümüş, Vidadi Məmmədli (27 kq, “Altay” TK), Rüqəyya Əliyeva (27 kq, “Nərimanov” İK), Aydan Hüseyinova (30 kq, “İrəvan” TK), Aysu Qəribli (44 kq), Günəş Əzimzadə (52 kq) bürünc mükafata sahib çıxıblar.

Azərbaycan komandası medal sıralamasında da birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, milli komanda ilə yanaşı, 1 gümüş və 3 bürünc medal “Atlet” TK, “Altay” TK, “Nərimanov” İK və “İrəvan” taekvondo klublarının təmsilçiləri tərəfindən qazanılıb.

İdman.Biz

Избранный
20
9
idman.biz

10Источники