Şahbuz rayonunda 66 yaşlı kişi arı sancması nəticəsində ölüb.

Leqal.info xəbər verir ki, hadisə ötən gün Şahbuz rayonunun Kükü kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1959-cu il təvəllüdlü Aftandil Hüseynqulu oğlu Həsənov qızının yaşadığı evdə arı sancıb.

A.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.

Leqal.info