RU

Arda Gülərə fantastik TƏKLİF: 350 milyon avro, 2 otel, 7 VİLLA...

Səudiyyə Ərəbistanının ən güclü klublarından biri olan "Al Hilal", gənc futbolçu Arda Gülər üçün dünya futbol tarixində nadir rast gəlinən təklif hazırlayıb.

Milli.Az Türkiyə sosial mediasına istinadən xəbər verir ki, klub Ardaya illik 350 milyon avro maaş, həmçinin 2 otel, 7 villa və 113 nəfərlik şəxsi heyət təqdim etməyi planlaşdırır.

Təklifin ən maraqlı tərəfi isə budur ki, Arda Gülərin soyadını daşıyan bütün ailə üzvləri üçün dünyanın istənilən ölkəsinə pulsuz uçuş və 5 ulduzlu otellərdə qalmaq imkanı veriləcək.

Əgər futbolçu transferi qəbul etsə, özünə 200 milyon avro, ailəsinə isə 100 milyon avro ödəniləcək.

Məlumata əsasən, "Al Hilal" 2025-ci ilin yanvar ayında Arda Gülərə 5 illik müqavilə təklif etməyə hazırlaşır.

Bu fantastik təklif idman dünyasında böyük maraqla qarşılanıb. İzləyicilər iddialar müxtəlif rəylər yazıblar. Bəziləri inanmayaraq sözügedən məlumatın uydurma olduğuna və reallıqdan uzaq olduğuna işarə ediblər.

Hüseyn
Milli.Az

Избранный
12
2
milli.az

3Источники