Yuxu zamanı stresdə olduğumuzun bir neçə göstəricisi ola bilər.
Redaktor.az xəbər verir ki. kardioloq Aurelio Roxas bildirib ki, insanın yuxu zamanı göstərdiyi bəzi hərəkətlər gündüz yaşadığı stresin göstəricisi ola bilər. Bu barədə Deia nəşri məlumat yayıb.
“Əgər yuxuda biləklərinizi bükür, yumruqlarınızı sıxır, əllərinizi çarpazlayır, çənənizi sıxır, üzünüzü turşudur, boğazınızı tutursunuzsa, bir və ya hər iki qolunuzu qaldırır, döl (embrion) pozasında yatır, ayaqlarınızı çarpazlayır və ya birini digərinin üstünə qoyur, yaxud yastığı bərk-bərk qucaqlayırsınızsa – bu, orqanizmdə stres və kortizol səviyyəsinin yüksək olmasından xəbər verir”, – deyə Roxas xəbərdarlıq edib.
Xədicə BAXIŞLI