RU

Hansı yaşda siqareti atmaq daha yaxşıdır?

İstənilən yaşda siqareti tərgitmək faydalıdır, Miçiqan Universitetinin alimləri bu qənaətə gəliblər. 

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, onların araşdırması göstərib ki, 75 yaşdan sonra da pis vərdişdən əl çəkmək ömrü uzadır.
 

Tədqiqatçılar milli səviyyədə toplanmış sağlamlıq məlumatlarından istifadə edərək siqaret çəkənlərin yaşa görə neçə il itirdiyini və siqareti atmaqla neçə il geri qazana biləcəklərini müəyyən etmək üçün hesablamalar aparıblar.


Araşdırmanın nəticələri göstərir ki, 35 yaşında siqaret çəkməyə davam etmək heç vaxt siqaret çəkməyənlərlə müqayisədə ömrü təxminən 9 il qısaldır. Ancaq bu yaşda siqareti atanlar cəmi bir il itirirlər. Siqaret çəkənlər hətta 75 yaşında da ömrünü təxminən 4,4 il itirirlər, lakin siqareti atmaq ömrü bir il uzada bilər ki, bu da 65 yaşında siqareti buraxanlara aiddir.

Araşdırma müəllifləri vurğulayıb ki, insan siqaret çəkməyi nə qədər tez tərgitsə, onun sağlamlığı üçün bir o qədər yaxşıdır.

Bununla belə, qocalıqda belə bu addım əhəmiyyətli məna kəsb edir və bu, alimlərin fikrincə, uzun illər siqaret çəkən insanların gələcək naminə siqaretdən imtina etməsi üçün motivasiya rolunu oynamalıdır.

Bizim.Media

Избранный
18
bizim.media

1Источники