RU

Zelenskinin yaxın müttəfiqinə qarşı axtarış əməliyyatı keçirildi

BAKI, 10 noyabr. TELEQRAF

Ukraynanın Milli Antikorrupsiya Bürosunun (NABU) detektivləri Prezident Volodimir Zelenskinin yaxın müttəfiqlərindən sayılan iş adamı Timur Mindiçin evində axtarış aparıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Strana.ua" nəşri öz teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, Boris Mindiç axtarışlara az qalmış Ukraynanı tərk edib.

Hazırda NАBU əməkdaşları araşdırmanı davam etdirir.

Hadisənin təfərrüatları barədə əlavə məlumat hələlik açıqlanmayıb.

Избранный
54
teleqraf.com

1Источники