RU

2 sərnişin qatarı toqquşdu: 30 nəfər xəsarət aldı

Slovakiyanın paytaxtı Bratislava yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində 30 nəfər xəsarət alıb.

Turkustan.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislava və Pezinok arasında şəhərətrafı xəttlə hərəkət edən iki sərnişin qatarı toqquşub. Slovakiya Polis Xidməti qəza nəticəsində 30 nəfərin yaralandığını açıqlayıb.

Qəzadan sonra hər iki istiqamətdə dəmir yolu hərəkətinin dayandırıldığı və Slovakiya Dəmir Yollarının (ZSSK) hadisə ilə bağlı araşdırma başlatdığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
33
1
turkustan.az

2Источники