Şəmkir piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun ərazisində baş verib.

Belə ki, Çaparlı kənd sakini, 1986-cı il təvəllüdlü Məhərrəmov Rəhman Rəhim oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyada, Şəmkir rayonunun İsgəndərli kənd sakini, 1948-ci il təvəllüdlü Çitadze Yaşa Usmanoviçi vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info