RU

“Məhz buna görə Azərbaycan son səksən ilin yeganə qalib ölkəsidir”

Xəbər verdiyimiz kimi, bu gün ikinci Qarabağ savaşından beş il ötür. Bu gün 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli Bəyanatın ildönümüdür.

Mövzuyla bağlı Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını özündə ehtiva edən birgə bəyanat birmənalı şəkildə işğalçı ermənistanın 44 günlük müharibədə hərbi kapitulyasiyası deməkdir:

“Buna görə Ermənistanın baş naziri bu bəyanatı video konfrans şəklində imzalamaqdan imtina etmişdi. O, bu bəyanatı yalnız və yalnız döyüş meydanında məğlub olduğuna görə imzaladı. Bu bəyanat Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsini və Ermənistanın otuz ildən artıq davam edən işğalının sona çatmasını özündə əks etdirir”.

Hərbi ekspert bildirib ki, Ermənistan sonrakı dövrlərdə də bir çox sənədləri imzalamağa məcbur oldu:

“Bütün bunlar Azərbaycanın Vətən müharibəsindəki parlaq və tarixi qələbəsinin sayəsində mümkün oldu. Müharibədə darmadağın və məğlub olan Ermənistan bu bəyanat nəticəsində Azərbaycanın üç böyük rayonunu bir güllə atmadan belə qaytarmağa məcbur oldu. Bundan başqa Zəngilan və Qubadlı istiqamətlərində yüzə yaxın kənd də Azərbaycana döyüşsüz olaraq Ermənistan tərəfindən qaytarıldı”. 

Ə.Verdiyev deyib ki, bəyanatın imzalanması ilə Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olundu:

“Məhz Vətən müharibəsindəki qələbə sayəsində bu gün Azərbaycan son səksən ilin yeganə qalib ölkəsidir”. 

Vasif ƏLİHÜSEYN

Избранный
37
1
adalet.az

2Источники