RU

Bərdədə hamamda meyiti tapılan nənə və nəvənin ölümünün TƏFƏRRÜATI

Bərdə rayonunda baş verən bədbəxt hadisə ilə bağlı bəzi təfərrüat üzə çıxıb.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün rayonun Tumaslı kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1986-ci il təvəllüdlü Aytən Əsgər qızı Fətəliyeva nəvəsi 2023-cü il təvəllüdlü Sadiq Orxan oğlu Nəcəfovu çimizdirən zaman dəm qazından zəhərlənərək, ölüblər.

Məlumata görə, həyatını itirən A.Fətəliyeva ev sahibinin ikinci həyat yoldaşı imiş. O, üç ay öncə bu ailəyə gəlin gəlib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Избранный
29
7
qaziler.az

8Источники