RU

Özbəkistanın hər məhəlləsində futbol meydançası salınacaq

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Özbəkistanda futbolda kütləviliyi inkişafı etdirməklə bağlı yeni proqram işə salınıb.

İdman.Biz bu barədə yerli KİV-ə istinadən məlumat yayıb.

Belə ki, sözügedən layihə çərçivəsində ölkənin bütün məhəllələrində futbol meydançalarının tikintisi nəzərdə tutulur.

Bu məqsədlə boş torpaq sahələri hərraca çıxarılacaq. Şərtə görə, həmin ərazilərdə futbol meydançası inşa olunmalı və onun təyinatı ən azı 10 il ərzində dəyişdirilməməlidir.

Əgər üç ay ərzində ərazi satılmasa, başlanğıc qiymət 10-50 faiz endiriləcək. Bundan başqa, alıcılara üç ilə qədər hissə-hissə ödəniş imkanı da veriləcək.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
icma.az

2Источники