RU

Bayram günü qurumların bayraqla bağlı paylaşımı müzakirəyə yol açdı FOTO

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda Respublikası Mədəniyyət Nazirliyi ilə “Xalq Bank"ın səhifəsində 9 Noyabr - Bayraq Günü ilə bağlı edilən paylaşımda yanlışlığa yol verilib.

Ölkə.Az xəbər verir ki, hər iki qurumun paylaşdığı bayraqda 8 əvəzinə 7 guşəli ulduz təsviri yer alıb.

Sosial şəbəkə istifadəçiləri bunu bayrağa hörmətsizlik kimi qiymətləndiriblər.

Tənqidlərdən sonra sözügedən paylaşım Mədəniyyət Nazirliyinin səhifəsindən silinib, "Xalq Bank" isə paylaşımında 7 guşəli ulduzu 8 guşəli ulduzla əvəzləyib.

Qeyd edək ki, Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun 11-ci maddəsində dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur. 

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
1
olke.az

2Источники