RU

“44 günlük Vətən müharibəsi uzunmüddətli hazırlığın məhsuludur”- Politoloqdan şərh

“44 günlük Vətən müharibəsinin nəticəsi 30 illik siyasətin məhsuludur”

Politoloq Polad Mehdiyev News365.az-a açıqlamasında 44 günlük Vətən müharibəsinin nəticələrini şərh edib və müharibənin yalnız hərbi qarşıdurma ilə izah edilməyəcəyini bildirib.

O qeyd edib ki, Ermənistanın məğlubiyyəti müharibənin müddətindən və hansı mərhələdə dayandığından asılı olmayaraq Azərbaycanın 30 illik işğal dövründə qurduğu siyasətin nəticəsi olub:

“44 günlük müharibədə Azərbaycan Ordusunun, qazilərimizin və şəhidlərimizin qəhrəmanlıqları böyük rol oynadı. Amma bu qələbəyə gətirən siyasi, iqtisadi, hüquqi və diplomatik altyapı uzun illər ərzində formalaşdırılmışdı. Ermənistan dövləti müharibə başlayanda artıq Azərbaycanla bərabər səviyyədə deyildi.”

Mehdiyev əlavə edib ki, Ermənistan liderləri müharibənin qarşısını almaq üçün beynəlxalq dövlətlərə müraciət edirdilər:

“Paşinyan Fransaya, Rusiyaya və Avropa İttifaqının digər üzv dövlətlərinə zəng edib xahiş edirdi ki, müharibə dayandırılsın. Lakin bu səylər nəticə vermədi və Azərbaycan öz müdafiə hüququndan istifadə edərək Qarabağdakı silahlı qüvvələrin çıxarılmasını təmin etdi.”

Politoloq vurğulayıb ki, bu proses Azərbaycanın uzunmüddətli strategiyası və hazırlığı nəticəsində mümkün olub və müharibə yalnız bu kontekstdə başa çatıb.

Избранный
53
news365.az

1Источники