RU

İki sərnişin qatarı toqquşdu: 79 nəfər xəsarət aldı

Slovakiyanın paytaxtı Bratislava ilə Pezinek arasında sərnişin qatarlarının toqquşması nəticəsində 79 nəfər xəsarət alıb.

Musavat.com xəbər verir ki, hadisə 9 noyabr axşamı baş verib. Qatarların içərisində ümumilikdə təxminən 800 sərnişin olub, onların çoxunun tələbələr olduğu bildirilib.

İlkin versiyaya görə, qatar qadağan edən siqnalı keçib, bu isə toqquşmaya səbəb ola bilər.

Xəsarət alanlardan 52 nəfərə Bratislava Universitet Xəstəxanasında tibbi yardım göstərilib. Hadisə nəticəsində ölən olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Musavat.com

Избранный
21
2
musavat.com

3Источники