Balakən rayonu Mahamalar kəndində kişi velosipeddən yıxılaraq ölüb.
Manset.az xəbər verir ki, hadisə noyabrın 9-u saat 12 radələrində baş verib.
Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Hacyov Əli oğlu Dadayev idarə etdiyi velosipeddən yıxılaraq ölüb.
Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.