RU

Tehranda yeni tikilən bina yandı: Ölən və yaralanan var – VİDEO

Bu gün səhər saat 09:03-də Tehranda tikilməkdə olan 7 mərtəbəli binada yanğın baş verib. Yanğın çoxlu tikinti materiallarının olduğu birinci mərtəbədə başlayıb.

Bizim.Media xəbər verir ki, hadisə zamanı binada olan 9 işçi damda sığınaraq xilas olmağa çalışıb.

Xarici vətəndaş olan iki işçi qonşu binanın damına tullanmaq istəyərkən onlardan biri hündürlükdən yıxılaraq həyatını itirib, digəri yaralanıb.

Yanğının söndürülməsi üzrə əməliyyatın son mərhələsi aparılır, ərazidə araşdırma davam edir. (Snn.ir)




Bizim.Media

Избранный
24
bizim.media

1Источники