RU

Endokrinoloq hormonal balanssızlığın təhlükəli əlamətlərini açıqladı

Daimi yorğunluq, qəfil çəki dəyişiklikləri və dəri problemləri bəzən sadəcə yorğunluq deyil, hormonal pozğunluğun göstəricisi ola bilər.

E-saglam.az xəbər verir ki, endokrinoloq Valeriya İvanitskaya bildirib ki, bu simptomlar endokrin sistemdə ciddi problemlərin xəbərçisi ola bilər və vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır.

Mütəxəssis izah edib ki, hormonal balanssızlıq orqanizmdə hormonların həddindən artıq və ya az istehsalı nəticəsində yaranır. Bu zaman bədəndə həm ümumi, həm də spesifik əlamətlər müşahidə olunur.

Qeyri-spesifik əlamətlərə yorğunluq, saç tökülməsi, dırnaqların kövrəkləşməsi, dəridə quruluq və səpgilər, baş ağrısı, ürəkbulanma, gecə tərləmələri, eləcə də səbəbsiz çəki dəyişiklikləri daxildir.

Xüsusi simptomlar isə daha ciddi xəbərdarlıq sayılır. Bunlara “ay formalı” üz, qarın nahiyəsində yağ yığılması, dəridə qaralma və bənövşəyi çatlar, əllərin və ayaqların böyüməsi, güclü susuzluq, tez-tez sidiyə getmə və qadınlarda həddindən artıq tüklənmə və ya saç tökülməsi aiddir.

İvanitskaya xəbərdarlıq edir ki, əgər pəhrizinizi dəyişmədən sürətlə kökəlir və ya arıqlayırsınızsa, özbaşına pəhriz saxlamaq əvəzinə həkimə müraciət etmək vacibdir. Əsas səbəb müalicə olunmadan bədən çəkisini normallaşdırmaq mümkün deyil.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
28
e-saglam.az

1Источники