RU

Bu avtomobil odunla işləyir

Braziliyanın "Record TV Cabo Verde" televiziya kanalı odun ilə işləyən, 1952-ci ilin "Chevrolet Styleline Deluxe" avtomobili barədə süjet yayımlayıb.

Milli.Az xəbər verir ki, bu, ölkədə yeganə belə avtomobildir.

Qeyri-adi nəqliyyat vasitəsi təxminən yarım əsrdir ki, yalnız ağac yanacaqla istifadə edilir.

İkiqapılı avtomobil yerli usta Arnoldo Şmidtin layihəsidir. O, 1977-ci ildə oğlu Elemer ilə birlikdə altı ay ərzində gecələr və həftəsonları işləyərək bu ideyanı həyata keçirib.

Santa Katarina Federal Universiteti avtomobilə rəsmi olaraq yararlılıq sertifikatı verib və bu sənəd yerli Nəqliyyat Departamenti tərəfindən tanınıb.

Avtomobili yaradıcısı 2021-ci ildə vəfat edib və hazırda "Chevrolet"in sahibi mərhumun oğlu Elemerdir. /Oxu.Az

Milli.Az

Избранный
47
5
milli.az

6Источники