RU

İtaliya çempionu “Qarabağ”la oyundan əvvəl baş məşqçisini dəyişə bilər

BAKI, 10 noyabr. TELEQRAF

”Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İtaliyanın “Napoli” klubu baş məşqçi Antonio Konte ilə yollarını ayıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Matteo Moretto məlumat yayıb.

Onun məlumatına görə, Konte bu gün Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentislə görüşəcək. Tərəflər arasında əsas müzakirə mövzüsü əməkdaşlığın davam etdirilib-etdirilməməsi olacaq.

Son İtaliya çempionunun rəhbərliyi komandanının uğursuz çıxışından narazıdır.

“Napoli” keçirdiyi son 7 oyunda cəmi 2 qələbə qazanıb.

Qeyd edək ki, “Napoli” ilə “Qarabağ” noyabrın 25-də qarşılaşacaq.

Избранный
38
teleqraf.com

1Источники