RU

19 uşağı olan kişi sonuncu övladına görün nə AD QOYDU - VİDEO

Diyarbəkirdə yaşayan və iki evlilikdən 19 uşağı olan kişi sosial mediada gündəmə çevrilib.

Milli.Az xəbər verir ki, məlumata görə, ailəsi ilə birgə görüntüsü çəkilən kişi izləyicilərin marağına səbəb olub. Sosial şəbəkə istifadəçiləri çoxuşaqlı ailənin yaşam tərzini müzakirə ediblər.

Ən çox diqqət çəkən məqam isə övladlarının adını bir-bir sadalayan kişinin sonuncu - 19-cu övladına verdiyi "Yetər" ("Bəsdir") adı olub. Bu addan sonra çoxları atanın artıq uşaq sahibi olmaq istəmədiyini düşündüyünü yazıb.

Sosial mediada paylaşımlar qısa zamanda minlərlə baxış toplayıb və müxtəlif zarafatlarla müşayiət olunub. Bəzi izləyicilər bu ailəni "Türkiyənin ən böyük ailələrindən biri" kimi dəyərləndiriblər.

Hüseyn
Milli.Az

Избранный
19
2
milli.az

3Источники