RU

Avstraliyada Azərbaycanla Parlamentlərarası Dostluq Qrupu təsis edilib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Zəfər Günü münasibətilə Avstraliya Federal Parlamentində Avstraliya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu rəsmi olaraq təsis edilib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstraliyadakı Səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, qrupun həmsədrləri aşağıdakılardır:

Mayk Frilander – Sağlamlıq, Yaşlılar və Əlillik üzrə Daimi Komitənin sədri (Əmək Partiyası)

Rik Uilson – Ticarət və İnvestisiya üzrə Birgə Daimi Komitənin sədr müavini (Liberal Partiya)

Qrupa həmçinin Senat Prezidenti Sue Lines, Aşağı Palata Spikeri Milton Dik və digər yüksək səviyyəli parlament üzvləri daxildir.

Qrupun yaradılması iki ölkə arasında parlamentar və diplomatik əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək və qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcək.

Избранный
22
4
hafta.az

10Источники