RU

Trampdan heyrətləndirəcək addım 50 il sonra ilk dəfə

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp dünən (9 noyabr) keçirilən “Washington Commanders” – “Detroit Lions” matçında stadionda iştirak edərək, təxminən 50 il sonra ilk dəfə vəzifədə olan ABŞ Prezidenti kimi NFL oyununa qatıldı. Bu, Trampın idman sahəsində görünürlüğünü artırmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir və eyni zamanda idman ilə siyasətin kəsişdiyi bir an oldu.

Bakupost.az xəbər verir ki, oyunun başlaması ərəfəsində Trampın təyyarəsi “Air Force One” stadionun üzərindən aşağı hündürlükdən uçması diqqət çəkib. “Əfsanəvi fly over” adlandırılan bu uçuş medianın diqqətini çəkdi. Fasilə zamanı isə stadionda hərbi mərasim təşkil edilib. Mərasim zamanı qısa çıxış edən Tramp daha sonra hamını salmayıb.Tramp stadion ekranında qısa müddət alqışlarla qarşılanıb. Matçın digər diqqət çəkən anlarından biri də “Lions” oyunçusu Amon Braunun Trampa ünvanladığı jest olub. Oyunçu qollarını və bədənini ritmik şəkildə hərəkət etdirərək, ABŞ prezidentinin seçki kampaniya zamanı simvola çevrilən “Tramp rəqsi”ni (Trump dance) nümayiş etdirib.Trampın iştirakı yalnız idman hadisəsi kimi deyil, həm də siyasi mesaj və simvolik jestlərlə yadda qalıb. Stadionun üzərindən uçuş, oyunun VIP lojadan izlənməsi, oyunçuların jestləri və tribuna reaksiyaları bir arada adi idman matçını “prezident performansı” səhnəsinə çevirib.Eyni zamanda, bu iştirak Trampın əvvəlki illərdə olduğu kimi iri idman tədbirlərinə – “Ryder Cup” və “Amerika Açıq” kimi turnirlərə qatılmaq ənənəsini davam etdirməsinin də nümunəsi olub.Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
67
www.bakupost.az

1Источники