RU

Tokayev Rusiyaya səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 noyabr tarixlərində Rusiyaya dövlət səfəri edəcək.

“İki sahil”in Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.

Danışıqlar zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə daha da inkişaf etdirilməsinin aktual məsələləri, həmçinin regional və qlobal gündəmin əsas mövzuları müzakirə ediləcək.

"Səfər zamanı mühüm ikitərəfli sənədlərin imzalanması planlaşdırılır", - məlumatda qeyd edilib.

Putin və Tokayevin Qazaxıstanın Uralsk şəhərində keçiriləcək Rusiya və Qazaxıstan arasında XXI Regional Əməkdaşlıq Forumunun plenar iclasının iştirakçılarına videokonferans formatında müraciət edəcəkləri planlaşdırılır.

Избранный
13
6
ikisahil.az

10Источники