RU

"Sabah"dan "Fiorentina"ya keçdi

Kristian Sebalyos "Sabah" futbol komandasının məşqçilər korpusundan ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Qeyd edilib ki, ispan mütəxəssis ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını İtaliyanın "Fiorentina" klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.

Qeyd edək ki, Sebalyos 2021-2024-cü illərdə "Sabah"da futbolçu kimi çıxış edib. O, bu ilin yayından əsas komandanın məşqçilər korpusunun üzvü idi.

Избранный
33
19
ikisahil.az

10Источники