“Sumqayıt” klubunun futbolçuları Ronaldo Vaskez və Abdul Raşid Mumini öz ölkələrinin milli komandalarına dəvət olunublar.
İdman.Biz xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisindən məlumat verilib.
Ronaldo Vaskez Dominikan Respublikası, Abdul Raşid Mumini isə Benin milli komandasına dəvət olunub.
Qeyd edək ki, Dominikan Respublikası Martinika, eləcə də Sent-Vinsent və Qrenadinlə, Benin isə Burkina Faso ilə yoldaşlıq oyunu keçirəcək.