RU

Donald Tramp futbol meydançasına getdi

ABŞ Prezidenti Donald Tramp noyabrın 9-da “Washington Commanders” və “Detroit Lions” komandaları arasında keçirilən Amerika futbolu oyununda iştirak edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

Qeyd edək ki, sonuncu dəfə Amerikanın futbol çempionatının oyununa 1977-1981-ci illərdə prezident olmuş Cimmi Karter baş çəkib.

Ağ Evin hazırkı rəhbərinin səfəri qonaqlara 22:44 hesabı ilə uduzan paytaxt komandasına kömək etməyib.

“NBC” Trampın oyuna gəlişini yeni stadiona ABŞ-ın 47-ci prezidentinin adının verilə biləcəyi xəbəri ilə əlaqələndirib.

Klub 1997-ci ildən Landoverdəki (Meriland) stadionda oynayır. Vaşinqton klubunun keçmiş  oyun meydanı olan Robert Kennedi Stadionunda bu il söküntü işlərinə başlanılıb.

Yeni stadionun dəyəri 3,7 milyard dollar olacaq. Bu yaxınlarda Trampın 2030-cu ildə ABŞ paytaxtında açılması planlaşdırılan yeni stadiona onun adının verilməsini istədiyi xəbər verilirdi.

Oktyabrın əvvəlində ABŞ-nin keçmiş prezidenti (2021-2025) Co Baydenin “Philadelphia Phillies” və “Los Angeles Dodgers” arasında “Major League Baseball” pley-off oyununda iştirak etdiyi bildirildi.

Bayden prezidentliyi dövründə heç vaxt böyük idman tədbirində iştirak etməyib. Lakin 2009 və 2010-cu illərdə vitse-prezident kimi o, ABŞ-ın o zamankı prezidenti olan Barak Obama ilə birlikdə bir neçə basketbol və beysbol oyununda iştirak edib.

Избранный
89
cebheinfo.az

1Источники