RU

Gürcüstanda erməni iş adamı həbs olundu

Gürcüstanın “Crystal Group” böyük developer şirkətinin sahibi Vladimir Stepanyan barəsində həbs qətimkan tədbiri seçilib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, bu barədə qərarı Tiflis Şəhər Məhkəməsi qəbul edib.

Stepanyan məhkəmədə danışmaqdan imtina edib. Vəkili onun 500 min lari girov müqabilində azadlığa buraxılması barədə vəsatət qaldırıb.

Gürcüstanın Baş Prokurorluğu iş adamını qanunsuz sahibkarlıq fəaliyyəti və cinayətkarlıq yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasında ittiham edib.

İstintaq materiallarına əsasən, Stepanyan Bakuriani kurortunda icazəsiz 5 apart-otel, kanat yolu və xizək trassası inşa etdirib. Apart-otellərin satışından əldə olunan gəlirin həcmi bir neçə milyon lari təşkil edir. Hazırkı mərhələdə istintaq 1,8 milyon lari məbləğində qanunsuz gəlirin leqallaşdırılması faktını müəyyən edib.

Törədilmiş cinayət əməlləri 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hazırda “Crystal Group” şirkətinin fəaliyyəti araşdırılır, həmçinin cinayətdə iştirak edən şəxslər müəyyən edilir.

Избранный
24
11
nocomment.az

10Источники