“Qərar tibbi sığorta haqları üzrə vergi güzəştlərinin uzadılması üçün gələcək səsvermə ilə bağlı razılaşmaya əsaslanır. Bundan əlavə, razılşma işdən çıxarılan federal işçilərin bərpa olunacağını və maaşları üzrə borcları tam şəkildə alacağını nəzərdə tutur”,- sözügedən sənəddə və Ameriak mediasının yaydığı məlumatda deyilir.
Respublikaçılar hazırda Senatda çoxluğa sahibdirlər: 100 yerdən 53-ü onlara məxsusdur. Qanun layihəsini dəstəkləmək üçün ən azı 60 səs lazım idi və kifayət qədər sayda demokrat senator güzəştləridəstəkləməyə hazır olduqlarını bildirdilər.
![]() |
| Reuters:“Şatdaun dolları silkələyib” |
Senatda respublikaçılar və demokratlar arasında kompromis ABŞ-nin Nəqliyyat naziri Şon Daffinin ölkədə hava daşımalarının tezliklə “aşağıya düşə biləcəyi” barədə xəbərdarlığından qısa müddət sonra əldə edilib. Ötən həftəsonu ABŞ-dəyüzlərlə reys artıq ləğv edilib və ya gecikib.
Noyabrın 9-na olan məlumata görə, şatdaun 40 gün davam edib ki,bu da ölkə tarixində ən uzun belə hökumət qapanmasıdır. ABŞ Senatı və Nümayəndələr Palatası növbəti maliyyə ili üçün büdcə ilə bağlı razılığa gələ bilmirlər.
Nəticədə təxminən 750 min federal işçi ödənişsiz məzuniyyətə buraxılıb. İstisnalar yalnız hava hərəkətinə nəzarət, polis, sərhəd mühafizəsi və təcili tibbi yardım xidmətləri kimi vacib xidmətlər üçün edilib.
Sahil İsgəndərov
AzVision.az
