RU

“Dünən gecə darıxdığım bir yerə qayıtdım” –MESSİ

“Barselona”nın keçmiş hücumçusu və hazırkı “İnter Mayami” oyunçusu Lionel Messi sosial media hesabında paylaşım edərək Kataloniya klubunun təmir olunmuş “Kamp Nou” stadionunu ziyarət etməklə bağlı təəssüratlarını bölüşüb.

“Dünən gecə bütün qəlbimlə darıxdığım bir yerə qayıtdım. Çox xoşbəxt olduğum, sizin mənə yer üzünün ən xoşbəxt insanından min dəfə xoşbəxtlik bəxş etdiyiniz bir yerə. Ümid edirəm ki, bir gün qayıda bilərəm. Və sadəcə bir oyunçu kimi vidalaşmaq üçün yox…” -deyə Messi yazıb.

Messi 2003-cü ildən 2021-ci ilə qədər “Barselona”da oynayıb. İspaniya klubunda oynadığı müddətdə argentinalı çoxsaylı komanda və fərdi mükafatlar qazanıb.

AzPost.az

Избранный
34
azpost.info

1Источники