RU

Messi illər sonra “Camp Nou”ya qayıtdı - FOTOlar

"Barselona" azarkeşləri komandanın yenilənmiş "Camp Nou" stadionuna dönüşünü səbirsizliklə gözlədiyi bir vaxtda xoş bir sürprizlə qarşılaşıblar.

Milli.Az xəbər verir ki, klubun əfsanəsi və sabiq kapitanı Lionel Messi ötən həftəsonu gizli şəkildə "Camp Nou" stadionunu ziyarət edib.

2021-ci ildə "Barselona"dan ayrılan Argentina ulduzu hər zaman bu klubla bağlı sevgisini açıq şəkildə dilə gətirib. Bununla belə, onun klub rəhbərliyi, xüsusilə də prezident Joan Laporta ilə münasibətlərinin soyuq olduğu qeyd olunur.

Messi səfərdən sonra sosial şəbəkədə azarkeşlərə duyğusal mesaj göndərib:

"Dünən gecə çox darıxdığım bir yerə qayıtdım. Bura mənim həyatımın ən xoşbəxt anlarını yaşadığım məkandır. Siz məni dəfələrlə dünyanın ən xoşbəxt insanı etdiniz."

Əfsanəvi futbolçunun bu paylaşımı azarkeşlər tərəfindən böyük sevgi və nostalji hissi ilə qarşılanıb.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
33
1
milli.az

2Источники