RU

Hacıqabulda ağır qəza- Ölənlər var - FOTO

Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası olub və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-21011” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə “VAZ-21011” markalı minik avtomobilinin sıxılı vəziyyətdə qalan sürücüsü 1956-cı il təvəllüdlü Abbasov Samir Malik oğlunun və bir nəfər (qadın cinsli) sərnişinin meyitləri avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, yol-qəza hadisəsi nəticəsində “VAZ-21011” markalı minik avtomobilinin bir nəfər (qadın cinsli) sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Избранный
16
2
musavat.com

10Источники