RU

Qubada toy karvanında ağır qəza olub, ölən və yaralanan var

Qubada toy karvanında ölən və yaralananların kimliyi məlum olub.

İnterpress.az xəbər verir ki, qəza zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü, Xaçmaz rayon sakini 23 yaşlı Mehdiyev Şahbala Asəf oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

TƏBİB-dən verilən məlumata görə, avtomobildə olan sərnişin Süleymanov Ceyhun Zülfüqar oğlu Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

2002-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyyələrinin kiçik ölçülü əzilmiş və sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta-ağır qiymətləndirilir.

Избранный
21
4
interpress.az

10Источники