RU

Separatçıların “gerçəkləşən çay arzusu”

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə salınmışdır. Şübhəsiz, bu prosesdə o illərdə hakimiyyəti zəbt etmiş  bədnam AXC-Müsavat cütlüyünün səriştəszliyi, qətiyyətsizliyi önəmli rol oynamışdır. Yeri gəlmişkən qeyd edək ki, bu cütlüyün hakimiyyəti dövründə ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Amma 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan tarixində yeni səhifə açıldı. Belə ki, ölkəmizin bütün sahələrində, o cümlədən ordu quruculuğunda da mühüm nailiyyətlər əldə edildi. Dövlət sükanını Ulu Öndərdən qəbul edən Prezident İlham Əliyevin hakimiyyəti illərində isə Azərbaycan tarixdə olmayan şəkildə güclənməyə nail oldu. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə bəyan etmişdi ki, nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Və etdi də. Bu məqamda Ulu Öndərin bu sözlərini də xatırlatmaq yerinə düşər: “Biz heç vaxt yol verməyəcəyik ki, Azərbaycan torpaqları işğal altında qalsın. Biz buna heç vaxt yol verməyəcəyik! Nəyin bahasına olursa olsun, Azərbaycanın işğal altındakı torpaqları azad ediləcəkdir!” Bu isə o deməkdir ki, dövlətimizin başçısı ərazilərimizi işğaldan azad etməklə, həm də Ulu Öndərin arzusunu reallaşdırdı.

Onu da vurğulayaq ki, o zaman ələ keçirdikləri ilə kifayətlənməyən Ermənistan İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, hətta ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı. Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Prezident İlham Əliyevin çıxışı zamanı dediyi kimi,  onlar bizi yeni müharibə ilə hədələyirdilər: “Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər”.

Yeri gəlmişkən qeyd edək ki, dövlətimizin başçısı buna oxşar fikirləri 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağınını ucaldarkən də vurğulamışdı. Bəli, Müzəffər Ali Baş Komandanı rəhbərlik etdiyi Azərbaycan ordusu onların “arzularını reallaşdırdı”.

İki məsələni də gündəmə gətirək. Belə ki, özünü “xarici işlər naziri” adlandırmış bir separatçı - Davit Babayano vaxt kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. Azərbaycan isə Xankəndiyə bayrağını sancmaqla onun simasında bütün ermənilərə yerini göstərdi. Ermənilər “Yevlaxa qədər gedəcəyik” demişdilər.  Onlara elə gəlirdi ki, hətta Kürü vurub keçə bilərlər. Gəldilər də… Amma rəsmi Bakıdan imdad diləməyə. Nəticədə suları süzülə-süzülə gəldikləri yerə qayıtdılar. Bununla da Yevlaxa qədər olan erməni iddiaları elə Yevlaxda, Kür çayının sahilində dəfn edildi. 44 günlük savaş başlamazdan öncə Kəlbəcərdə restoran yiyəsi olan bir erməni Bakıya istiqaməti göstərən lövhəyə işarə edərək yekə-yekə deyirdi, elə eləməyin, bu dəfə Bakıya gedək. Amma Ermənistanın məğlubiyyətindən sonra həmin erməni restoranını da yandırdı. Özü isə gəldiyi yerə üz tutaraq qaçdı.

Qaçmaq demişkən, 44 günlük Vətən müharibəsi günlərində Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan da Qarabağdan iti qovan kimi qovuldu. Xocalı soyqırımını törətmiş bu canilər İkinci Qarabağ müharibəsi zamanı bizimlə vuruşmağa Qarabağa gəlmişdilər. Dövlətimizin başçısı İlham Əliyevin sözləri ilə desək, üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə. Şübhəsiz, onların da hazırda sülh və insanlıq əleyhinə törətdikləri əməllərə görə mühakimə olunan soydaşları - Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, David İşxanyan və digərləri kimi çay içmək arzusu ürəklərində qalmayacaq. Qeyd edək ki, artıq erməni ictimaiyyəti onları indi də təxribatlara səsləyən bu separatçıların əlindən təngə gəliblər. Şübhəsiz, bu məsələdə İlham Əliyevin onların iç üzlərini açan çıxışları mühüm rol oynayıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
38
ikisahil.az

1Источники